skip to Main Content

Qazanxana haqqında məlumat

Qazanxana suyu qızdıraraq doymuş buxara və ya suyun qaynama temperaturundan yuxarı temperatura qədər qızdırılmış buxara çevirmək və bununla da mənzilləri qızdırmaq üçün nəzərdə tutulmuş qurğular sistemidir. Qazanxanalarda kimyəvi enerji istilik enerjisinə çevrilir və bu zaman həmin enerji vasitəsilə xüsusi qazanlarda olan su qızdırılaraq lazım olan buxar halına gətirilir. Sonra isə həmin buxar müəyyən olunmuş obyektlərə su boruları vasitəsilə ötürülür, borularda hərəkət edən buxar özündən müəyyən miqdar istiliyi ayraraq yenidən suya çevrilir və qazana qayıdır. Böyük ve geniş tikililərdə müstəqil qazanxana quraşdırmaq daha məqsədəuyğundur. Qazanxana isitmə sistemlərinin beyni vəzifəsini daşıyır. Qazan və digər avadanlıqları özündə saxlayır, buna görə də, qazanxana binanın ehtiyacına cavab verəcək şəkildə olmalıdır.

Back To Top